Azərbaycan Respublikası Ali Məhkəməsi


“Landau school” təhsil müəssisəsinin şagirdləri Azərbaycan Respublikası Ali Məhkəməsində olmuşlar

Bölmə: Xəbərlər 1.06.2022 15:00
  • 2022-ci il iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü və iyunun 2-də Azərbaycan Respublikası Ali Məhkəməsi “Landau school” təhsil müəssisəsinin şagirdləri üçün öz qapılarını açmışdır.

    “Landau school” şagirdləri Ali Məhkəmənin inzibati binası ilə tanış olmuş, məhkəmə iclas zallarını, Plenum zalını, məhkəmənin kitabxanasını və Məhkəmə tarixi muzeyini ziyarət etmişlər.

    Ali Məhkəmə ilə tanışlıq çərçivəsində uşaqlara məhkəmələrin dövlət quruluşunda yeri və rolu, uşaq hüquqlarının qorunması sahəsində qanunvericilik və təcrübə barədə məlumatlar verilmişdir.

    Günün sonunda şagirdlər xoş təəssüratlarını bölüşmüş, tanışlıq səfərinin yüksək səviyyədə təşkil olunması üçün Ali Məhkəməyə təşəkkürlərini bildirmiş, xatirə fotoşəkli çəkdirmişlər.

     

Baxılıb: 1080
Paylaş