Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmənin sədri Masallıda vətəndaşları qəbul edəcək

Bölmə: Xəbərlər 16.05.2022 11:38
  • Vətəndaşların nəzərinə!

    Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev mayın 20-də Masallı rayonunda Masallı və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edəcək.

    Vətəndaşların qəbulu Masallı Rayon Məhkəməsinin inzibati binasında (ünvan: Masallı şəhəri, Heydər Əliyev prospekti 7 ) saat 10:00-da başlanacaq.

    Vətəndaşlar qəbula Masallı və Cəlilabad rayon məhkəmələrində  (əlaqə telefonları:  (050) 529-12-03  və (051) 644-95-05), habelə Ali Məhkəmənin (050) 245-54-20 telefon nömrəsi və ya qebul@supremecourt.gov.az  elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

    Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

    Azərbaycan Respublikası

    Ali Məhkəməsi

Baxılıb: 891
Paylaş