Azərbaycan Respublikası Ali Məhkəməsi


“İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 19 noyabr tarixli, 10 saylı Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması üzrə Planın təsdiq edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı

Bölmə: Ali Məhkəmə Plenumunun qərarları 9.12.2021 00:00
  • № 11

     

    “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun

    2021-ci il 19 noyabr tarixli, 10 saylı Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması üzrə Planın təsdiq edilməsinə dair

     

    Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun

     

    QƏRARI

     

    19 noyabr 2021-ci il                                                                                       Bakı şəhəri

     

    “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Qərarın qəbul edildiyini nəzərə alaraq sözügedən sahədə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsini və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1 və 80-ci maddələrini,   “Məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması Qaydası”nın 2.1-ci bəndini rəhbər tutaraq

     

    Q Ə R A R A  A L I R:

     

    1. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Qərarın (bundan sonra – Plenum qərarı) tətbiqi ilə bağlı “Monitorinqin aparılması üzrə plan” (bundan sonra - plan) təsdiq edilsin.

    2. Monitorinq inzibati mübahisələrə dair çıxarılmış məhkəmə qərarlarının icrasının təmin edilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş normaların məhkəmələr tərəfindən Plenum qərarında verilmiş izahlar nəzərə alınmaqla tətbiqi vəziyyətinə dair məlumatların toplanılması, təhlili, ümumiləşdirilməsi və qiymətləndirilməsi məqsədilə həyata keçirilir.

    3. Monitorinq ölkənin bütün inzibati məhkəmələrini və apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyalarını əhatə etməklə, 2022-ci il yanvar ayının 01-dən başlamaqla 2023-cü il yanvar ayının 01-dək olan dövr ərzində 1 (bir) il müddətində həyata keçirilsin.

    4. Monitorinq məhkəmələrdən anket (cavablandırılması nəzərdə tutulan suallar toplusuna dair sorğu) məlumatlarının toplanması və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə həmin sistemin imkanlarından istifadə edilməsi üsulları vasitəsilə keçirilsin.

    5. Ali Məhkəmənin Aparatı planın icrası ilə bağlı olaraq Ali Məhkəmənin İnzibati Kollegiyası ilə razılaşdırmaqla “Məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması” Qaydasında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etsin.

     

    Azərbaycan Respublikası

    Ali Məhkəməsinin sədri                       Ramiz Rzayev

Baxılıb: 1336
Paylaş