Azərbaycan Respublikası Ali Məhkəməsi


Azərbaycan Respublikasında inzibati məhkəmələrin yaradılmasının 10 illiyinə həsr olunmuş inzibati məhkəmə icraatının aktual problemlərinə dair məsələlərin növbəti müzakirəsi keçirilmişdir

Bölmə: Xəbərlər 2.07.2021 17:19
  • 02 iyul 2021-ci il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsi ilə Vəkillər Kollegiyası tərəfindən həyata keçirilən birgə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasında inzibati məhkəmələrin yaradılmasının 10 illiyinə həsr olunmuş inzibati məhkəmə icraatının aktual problemlərinə dair məsələlərin hakimlərin və vəkillərin iştirakı ilə videokonfrans formatında növbəti müzakirəsi keçirilmişdir.

    Tədbirdə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyü” mövzusu üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov və Vəkillər Kollegiyasının üzvü Muxtar Mustafayev təqdimatla çıxış etmişlər. Daha sonra inzibati icraatda məhkəmə aidiyyəti, mümkünlük şərtləri, müxtəlif iddia növləri üzrə iddianın xüsusi mümkünlük şərtləri, dəyişdirilmiş iddiaların mümkünlüyü məsələsi  ilə bağlı ətraflı fikir mübadiləsi və müzakirələr aparılmışdır.

Baxılıb: 586
Paylaş