Azərbaycan Respublikası Ali Məhkəməsi

Gəncə Apellyasiya Məhkəməsində 2013-cü ilin yekunlarına həsr edilmiş iclasda Ali Məhkəmənin hakimləri Aslan Kalbalıyev, Fərhad Kərimov və Azər Hüseynov iştirak etmişlər
  • 07 fevral 2014-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında 2013-cü ilin yekunlarına həsr edilmiş rəyasət heyətinin iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Aslan Kalbalıyev, Fərhad Kərimov və Azər Hüseynov iştirak etmişlər.
    Məhkəmənin sədri Rafiq Məmmədov iclası giriş sözü ilə açaraq Azərbaycan Respublikasınin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər respublikamızda əldə olunmuş yüksək naliyyətlərədən, o cümlədən genişmiqyaslı məhkəmə-hüquq islahatlarından, regionlarda yeni məhkəmələrin yaradıldığından, hakimlərin ştat sayının artırıldığından , hakimlərin Azərbaycan standartları ilə seçim prosesinin Avropada örnək kimi dəyərləndirildiyindən, məhkəmə sisteminin müasirləşdirilməsindən  və hakimlərin əmək haqlarının qaldırılması ilə əlaqədar “Məhkəmələr Hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa olunan dəyişiklikdən qısa məlumat vermişdir.
    Sonra 24 yanvar 2014-cü ildə keçirilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin plenum iclasında məhkəmənin sədri Ramiz Rzayevin verdiyi bir sıra tapşırıqları iclas iştirakçılarının nəzərinə çatdıraraq gündəlikdə olan məsələləri qeyd etmişdir.
    Kollegiya sədrinin səlahiyyətlərinin icra edən hakimlər Loğman Süleymanov, Fikrət Mehtiyev, Çingiz Məmmədov və Fikrət Əliyev apelyasiya məhkəməsinin mülki, inzibati-iqtisadi, cinayət və hərbi kollegiyalarında 2013-cü ildə ədalət mühakiməsinin həyata keçirilməsinə dair hesabatlarını məruzə etmişlər, eyni zamanda kollegiyanın bütün hakimləri ayrı-ayrılıqda baxdıqları işlər üzrə hesabatlarını təqdim etmişlər.
    2014-cü ilin birinci yarım ilinə dair iş planına uyğun olaraq apelyasiya məhkəməsində məhkəmə iclasının vaxtında başlanmasının, məhkəmə prosedurlarına riayət edilməsinin, aparat işçiləri tərəfindən əmək və icra intizamına, daxili intizam qaydalarına riayət edilməsi məqsədilə aparılmış monitorinqlərin nəticələrinə dair aparatın rəhbəri Elmir Alışzadənin məruzəsi dinlənilmişdir.
    Daha sonra rəyasət heyətinin iclasında iştirak edən Ali Məhkəmənin hakimləri hər bir müzakirə olunan məsələlərlə bağlı ətraflı çıxış edərək Gəncə Apellyasiya Məhkəməsinin 2013-cü il üzrə göstəriciləri barədə geniş məlumat vermiş, Ali Məhkəmənin kollegiyaları tərəfindən ləğv edilmiş və dəyişdirilmiş qərarların təhlilini aparmış, işlərə baxılması zamanı yaranan problemlər barədə hakimlərin suallarına cavab vermişlər.

<<  Geri qayıt