Azərbaycan Respublikası Ali Məhkəməsi


Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri və əməkdaşları “YAŞAT” Fonduna vəsait köçürüblər

Bölmə: Xəbərlər 11.12.2020 15:00
  • Torpaqlarımızın düşmən işğalından azad edilməsi yolunda Vətən müharibəsində şücaətlə iştirak etmiş qəhrəmanlarımız və onların ailələrinin sosial müdafiəsi və rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsi olmuşdur.

    Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılmışdır.

    Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri və əməkdaşları Vətən müharibəsində iştirak edən şəhidlərimizin ailələrinə və yaralananlara öz dəstəyini bildirərək “Yaşat” Fonduna 100 min manat məbləğində vəsait köçürüblər.

Baxılıb: 1823
Paylaş