Azərbaycan Respublikası Ali Məhkəməsi


Məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması üzrə planın təsdiq edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı

Bölmə: Ali Məhkəmə Plenumunun qərarları 18.09.2020 16:00
  •   

    Məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması üzrə

    Planın təsdiq edilməsinə dair

    Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun

    Q Ə R A R I 

    N 11

    18 Sentyabr 2020-ci il                                                                                 Bakı şəhəri 

     

         “Məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması Qaydası”nın 2.1-ci bəndini rəhbər tutaraq

    QƏRARA ALDI

        “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 2011-ci il 28 oktyabr tarixli (2020-ci il fevralın 20-də edilmiş dəyişikliklərlə) Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması üzrə Plan təsdiq edilsin.

     

    “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 2011-ci il 28 oktyabr tarixli (2020-ci il fevralın 20-də edilmiş dəyişikliklərlə) Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması üzrə

    P L A N

    Əhatə dairəsi: Bakı şəhəri üzrə rayon məhkəmələri və Bakı Apellyasiya Məhkəməsi;

    Aparılma üsulu: Məhkəmələrdən anket (cavablandırılması nəzərdə tutulan suallar toplusuna dair sorğu) məlumatlarının toplanması üsulu ilə

    Müddəti: 1 il

    Başlanma müddəti: 01.10.2020

    Bitmə müddəti: 01.10.2021

     

    Ramiz Rzayev

    Azərbaycan Respublikası

    Ali Məhkəməsinin sədri

Baxılıb: 508
Paylaş