Məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması üzrə planın təsdiq edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı
Bölmə: Ali Məhkəmə Plenumunun qərarları18.09.2020 17:00
Məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması üzrə
Planın təsdiq edilməsinə dair
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
Q Ə R A R I
N 12
18 sentyabr 2020-ci il Bakı şəhəri
“Məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması Qaydası”nın 2.1-ci bəndini rəhbər tutaraq
QƏRARA ALDI
“İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətləri haqqında” Ali Məhkəmə Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması üzrə Plan təsdiq edilsin.
“İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətləri haqqında” Ali Məhkəmə Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı monitorinqin aparılması üzrə
PLAN
Əhatə dairəsi: Bakı şəhəri üzrə rayon məhkəmələri, Bakı Kommersiya Məhkəməsi və respublika üzrə apelyasiya instansiyası məhkəmələri;
Aparılma üsulu: Məhkəmələrdən anket (cavablandırılması nəzərdə tutulan suallar toplusuna dair sorğu) məlumatlarının toplanması üsulu ilə

Müddəti: 1 il
Başlanma müddəti: 02.11.2020
Bitmə müddəti: 01.11.2021
Ramiz Rzayev
Azərbaycan Respublikası
Ali Məhkəməsinin sədri