Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmənin Mətbuat Xidmətinin məlumatı

Bölmə: Xəbərlər 10.10.2020 11:30
  • Ali Məhkəmənin Mətbuat Xidmətinin

    məlumatı

           Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının qarşısının alınması məqsədilə görülən tədbirlərlə bağlı bəyanat qəbul edərək dünya ölkələrinin, o cümlədən Avropa Şurasının üzv dövlətlərinin ali məhkəmələrinə göndərmişdir.  Ali Məhkəmə öz bəyanatında Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsinə və ərazilərindəki hər şəxsin, o cümlədən bütün məcburi köçkünlərin insan hüquqlarının və əsas azadlıqlarının təmin edilməsi və qorunmasına yönəlmiş çoxtərəfli səylərinin dəstəklənəcəyini gözlədiyini vurğulamışdır. Artıq Türkiyə Respublikasının Ali Məhkəməsindən ədalətli mövqeyin dəstəklənməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinə məktub daxil olmuşdur. Məktubda deyilir:

           Hörmətli Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev,

           Hörmətli həmkarım,

           Dəyərli Ramiz bəy,

           27 sentyabr 2020-ci il tarixdə Ermənistan ordusu tərəfindən Azərbaycan torpaqlarına qarşı başladılmış hücumunu qətiyyətlə qınadığımızı bildirmək istəyirəm. Bu hücumlarda aralarında uşaqların və qadınların da olduğu mülki əhalinin və şəhər mərkəzlərinin də hədəf alınması nəinki beynəlxalq hüququn açıq pozulmasını, eyni zamanda, insanlıq əleyhinə cinayətin də törədildiyini göstərir. Dünyanın gözləri qarşısında törədilən bu xain və alçaq hərəkətlər nəticəsində vəfat etmiş əziz şəhidlərimizə və mülki xalqımıza Allahdan rəhmət, yaralanan qəhrəmanlarımıza isə şəfa diləyirəm.

            Ermənistanın təqribən 30 ildir işğal etdiyi Azərbaycan torpaqlarından BTM-nin Təhlükəsizlik Şurasının qərarlarına əməl edərək çıxması, bölgədə sülhün, əmin-amanlığın və insan hüquqlarının dayanıqlı şəkildə təmin edilməsi ən böyük arzumuzdur. Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinin ona verdiyi legitim özünü müdafiə hüququndan istifadə edərək torpaqlarını müdafiə etməsi ən təməl haqqıdır. Beynəlxalq hüquq baxımından son dərəcə legitim olan və işğala son verməyi hədəfləyən bu haqqın Azərbaycan tərəfindən istifadə edilməsini dəstəkləyirik.

            Türkiyə və Azərbaycan arasındakı köklü tarixi miras və mənəvi dəyərlərə söykənən güclü əlaqələr, uzun illərdir ki,  “bir millət iki dövlət “ deyişi ilə ifadə edilir. Türkiyə dövlət və millət olaraq Azərbaycan dövlətinin və qardaş Azərbaycan xalqının yanındadır.

             Bu haqlı və müqəddəs mübarizənizdə sizə olan dəstəyimizi bir daha yenidən ifadə edir və qələbələr arzulayıram.

             Hörmətlə,            

                          Mehmet Akarca

                          Türkiyə Cumhuriyyeti, Yargıtay Başkanı

     

Baxılıb: 587
Paylaş