Azərbaycan Respublikası Ali Məhkəməsi

Avropa Şurasının MONEYVAL Komitəsinin dəyərləndirmə missiyası Ali Məhkəmədə olmuşdur
  •    17 fevral 2014-cü ildə Avropa Şurasının çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində öhdəliklərin icrasına nəzarət edən MONEYVAL Komitəsinin dəyərləndirmə missiyası Ali Məhkəmədə, Bakı və Sumqayıt Apellyasiya Məhkəmələrinin və birinci instansiya məhkəmələrinin hakimləri ilə görüşmüşdür.
        MONEYVAL Katibliyinin nümayəndələrindən, Böyük Britaniya, Rumıniya, Xorvatiya, Rusiya, Türkiyə və Makedoniya ekspertlərindən ibarət dəyərləndirmə missiyası ilə görüşdə Ali Məhkəmənin Cinayət kollegiyasının sədri Şahin Yusifov ölkəmizdə davamlı olaraq aparılan məhkəmə-hüquq islahatları, bu islahatlar ölkəmizdə yaradılmış və fəaliyyət göstərən yeni məhkəmə sistemi, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılmasına və çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində məhkəmələrin vəzifələri və səlahiyyətləri, bu xarakterli cinayətlərə dair işlərə baxılması təcrübəsi, qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə IV raund dəyərləndirilmə çərçivəsində çirkli pulların yuyulmasına, korrupsiyaya qarşı mübarizə sahələrində həyata keçirilmiş tədbirlər haqqında geniş məlumat verilmişdir. Görüşdə o, da vurğulanmışdır ki, həm Ali Məhkəmədə, həm də apellyasiyasi və birinci instansiya məhkəmələrində başqa məsələlrlə yanaşı cinayət yolu əldə edilmiş vəsaitlərin leqallaşdırılmasına dair işlərə baxılarkən də milli qanunvericiliyi ilə yanaşı beynəlxalq müqavilələrin tələbləri, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedent hüququ nəzərə alınır və istifadə edilir.
         Görüşdə dəyərləndirmə missiyasının nümayəndələrini maraqlandıran suallara cavab verilmiş, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
     
     
     

<<  Geri qayıt