Azərbaycan Respublikası Ali Məhkəməsi

Fransanın Strasburq şəhərində Avropa Hakimlərinin Konsultativ Şurasının 9-cu qurultayı keçirilmişdir
  • 12-14 noyabr 2008-ci il tarixlərində Fransanın Strasburq şəhərində Avropa Hakimlərinin Konsultativ Şurasının 9-cu qurultayı keçirilmişdir. Qurultayda Avropa Şurasının üzvü olan ölkələrin yuxarı instansiya məhkəmələrinin hakimləri iştirak etmişlər. Azərbaycan Respublikasını həmin qurultayda Ali Məhkəmənin hakimi T.A.Qoldman təmsil etmişdir.

    Qurultayda ədalət mühakiməsinin həyata keçirilməsi zamanı diqqət yetirilməli bir çox mühüm məsələlər, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyi, hakimlərin professionallığı, məhkəmə qərarlarının keyfiyyəti və tərtibatı qaydası, hakimlərin müasir texnologiyalardan istifadə etmələrinə dair məsələlər üzrə geniş müzakirələr aparılmışdır. Müzakirələrdə fəal iştirak etmış hakim T.A.Qoldman Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları, hakimlərin müstəqilliyi istiqamətində ölkəmizdə aparılan işlər, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi presedentlərinin milli məhkəmələr tərəfindən tətbiq edilməsi barədə qurultay iştirakçılarının diqqətinə çatdırmışdır.


<<  Geri qayıt