Azərbaycan Respublikası Ali Məhkəməsi

Prezident seçkisi ilə bağlı MDB-dən müşahidə missiyasının rəhbəri Yevqeniy Slabodanın başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəməsinin sədri Ramiz Rzayevlə görüşmüşdür.
  • Oktyabrın 6-da Prezident seçkisi ilə bağlı ölkəmizdə səfərdə olan MDB-dən müşahidə missiyasının rəhbəri Yevqeniy Slabodanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevlə görüşmüşdür.

    Ali Məhkəmənin sədri bu il oktyabrın 15-də Azərbaycanda keçiriləcək Prezident seçkisinin ölkənin həyatında mühüm bir hadisə olduğunu diqqətə çatdırmış, seçki məcəlləsinə edilmiş dəyişiliklər barədə qonaqlara məlumat vermişdir.

    Ali Məhkəmənin sədri Prezident seçkisini demokratik keçiriləcəyi ilə bağlı mülahizələrini bildirmişdir.

    MDB-dən müşahidə missiyasının rəhbəri Yevqeniy Slaboda Azərbaycana Prezident seçkisi prosesini izləmək üçün gəldiklərini bildirmişdir. O, seçki ərəfəsində ciddi qanun pozuntularına rast gəlmədiklərini qeyd etmiş, bütün namizədlərə eyni şərait yaradıldığını müşahidə etdiklərini vurğulamışdır. Müşahidə missiyasının rəhbəri Mərkəzi Seçki Komissiyasının işinin də qənaətbəxş olduğunu qeyd etmişdir. Yevqeniy Slaboda Prezident seçkisinə hazırlıqla və seçkinin nəticəsi ilə bağlı hesabatlar hazırlayacaqlarını nəzərə çatdırmışdır.

    Səmərəli fikir mübadiləsi şəraitində keçən görüşdə insan hüquqlarının təmin olunması və Prezident seçkisi ilə bağlı faydalı müzakirələr aparılmışdır.


<<  Geri qayıt