Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmənin Cinayət kollegiyasının sədri Kürdəmirdə vətəndaşları qəbul edib

Bölmə: Xəbərlər 6.03.2020 03:32
  • Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıq və tövsiyələri daim diqqət mərkəzində saxlanılır.

    Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq martın 6-da  Ali Məhkəmənin Cinayət kollegiyasının sədri Şahin Yusifov Kürdəmir rayonunda vətəndaşları edib.

    Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin Kürdəmir şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

    Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb. Bəzi müraciətlər üzrə isə Ali Məhkəmənin aparatının qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Müraciətlərin əksəriyyəti məhkəmələrin fəaliyyəti ilə bağlı olub.

    Vətəndaşlar onların əlverişli şəraitdə qəbulundan və müraciətlərinə həssaslıqla yanaşılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

    Ali Məhkəmənin Mətbuat Xidməti

Baxılıb: 298
Paylaş