Azərbaycan Respublikası Ali Məhkəməsi


Vətəndaşların nəzərinə

Bölmə: Xəbərlər 18.12.2019 09:42
  • Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev tərəfindən dekabrın 20-də Göyçay rayonunda vətəndaşların qəbulu keçiriləcəkdir.

    Qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

    Vətəndaşların qəbulu Göyçay Rayon Məhkəməsinin inzibati binasında (ünvan: Göyçay şəhəri, Nəriman Nərimanov küç., 56)  saat 10:30 başlanacaq.

    Vətəndaşlar qəbula Ali Məhkəmədə, Göyçay Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 0502455420 əlaqə nömrələri və contact2@supremecourt.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

    Ali Məhkəmənin Mətbuat Xidməti

Baxılıb: 229
Paylaş