Azərbaycan Respublikası Ali Məhkəməsi


Vətəndaşların nəzərinə

Bölmə: Xəbərlər 2.12.2019 02:34
  • Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq dekabrın 6-da Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri Şahin Yusifov Yardımlıda vətəndaşları qəbul edəcək.

    Qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

    Vətəndaşların qəbulu Yardımlı Rayon Məhkəməsində (ünvan: Yardımlı şəhəri, Bəhruz Mansurov küç., 1) saat 11:00 başlanacaq.

    Vətəndaşlar qəbula Ali Məhkəmədə, Yardımlı Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 0502557715 əlaqə nömrələri və ya contact2@supremecourt.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

    Ali Məhkəmənin Mətbuat Xidməti

Baxılıb: 91
Paylaş