Azərbaycan Respublikası Ali Məhkəməsi


Rusiya Federasiyası Ali Məhkəməsi Yanında Məhkəmə Departamentinin nümayəndə heyəti Ali Məhkəmənin sədri ilə görüşmüşdür

Bölmə: Xəbərlər 27.11.2019 13:26
  •          27 noyabr 2019-cu ildə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Ali Məhkəməsi Yanında Məhkəmə Departamentinin nümayəndə heyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevlə görüşmüşdür.

            Rusiyalı həmkarlarını Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirən Ali Məhkəmənin sədri Azərbaycanda məhkəmə sisteminin müasirləşdirilməsi sahəsində görülən işlər barəsində məlumat vermiş, bütün bunların insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət etdiyini vurğulamışdır. Məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə edildiyini, hakim vəzifəsinə seçim prosedurlarının müasir standartlara uyğunlaşdırıldığını diqqətə çatdırmışdır.

           Görüçdə Rusiya Federasiyası Ali Məhkəməsi Yanında Məhkəmə Departamentinin nümayəndə heyətinin üzvlərini  maraqlandıran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılmışdır. Əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyi barədə razılığa gəlinmişdir.

          Rusiyalı qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olmuş, Məhkəmə tarixi muzeyinə baxmışlar.

Baxılıb: 172
Paylaş