Azərbaycan Respublikası Ali Məhkəməsi


Vətəndaşların nəzərinə

Bölmə: Xəbərlər 27.11.2019 09:52
  • Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev tərəfindən noyabrın 29-da Bərdə rayonunda vətəndaşların qəbulu keçiriləcəkdir.

    Qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

    Vətəndaşların qəbulu Bərdə Rayon Məhkəməsinin inzibati binasında (ünvan: Bərdə şəhəri, Gəncə küç., 45)  saat 11:00 başlanacaq.

    Vətəndaşlar qəbula Ali Məhkəmədə, Bərdə Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 0502455420 əlaqə nömrələri və contact2@supremecourt.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

    Ali Məhkəmənin Mətbuat Xidməti

Baxılıb: 89
Paylaş