Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmənin Facebook və Twitter səhifələrinin təqdimatı keçirilmişdir.

Bölmə: Xəbərlər 20.11.2019 15:20
  • 19 noyabr 2019-cu il tarixdə Ali Məhkəmənin İnsan Hüquqları və  İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşları – Tural Vəliyev və Nərgiz Ocaqverdiyeva, müvafiq olaraq Ali Məhkəmənin FacebookTwitter səhifələrinin təqdimatını etmişlər.

    Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan 03 aprel 2019-cu il tarixli Fərmanda məhkəmə-hüquq sisteminin inkişafı üçün həyata keçirilən islahatların dərinləşdirilməsinin vacibliyi vurğulanaraq, bu sahədə müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik olan ədalət mühakiməsinin formalaşdırılması istiqamətində tədbirlərin görülməsinin zəruriliyi göstərilmişdir.

    Bu Fərmanda göstərilənləri nəzərə alaraq, Ali Məhkəmənin ictimai həyatının sosial şəbəkələrdə işıqlandırılması, digər tərəfdən isə vətəndaşlarda hüquqi düşüncənin formalaşdırılması, eləcə də, məhkəmə hakimiyyəti ilə ictimaiyyət arasında əlaqalərin qurulması, vətəndaşların hüquq aləmində və məhkəmə sistemində baş verən yenilik və dəyişikliklərdən xəbərdar olması məqsədilə Ali Məhkəmənin FacebookTwitter sosial şəbəkələrində səhifələrinin istifadəsinə start verilmişdir.

    Bu səhifələrdə Ali Məhkəmənin fəaliyyəti ilə yanaşı, ölkədaxili və beynəlxalq hüquq sistemlərində, həmçinin məhkəmə hakimiyyətinin inkişafı üçün müxtəlif istiqamətlərdə həyata keçirilən tədbirlər barədə məlumatların yerləşdirilməsi nəzərdə tutulur.

Baxılıb: 392
Paylaş