Azərbaycan Respublikası Ali Məhkəməsi


Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir

Bölmə: Xəbərlər 19.08.2008 12:35
  • Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir.
     
    Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən, vətəndaş Ə.Həsənovanın şikayətinə baxılaraq, Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi haqqında qərardad çıxarılmışdır.
     
    Şikayətə mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il sentyabrın 16-na təyin edilmiş iclasında baxılacaqdır.
Baxılıb: 24
Paylaş