Azərbaycan Respublikası Ali Məhkəməsi

Foto Qalereya
Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Cənab İsmail Rüştü Ciritin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına rəsmi səfəri
  • Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Cənab İsmail Rüştü Ciritin başçılıq etdiyi nümayəndə heyətinin 17-22 aprel 2016-cı il tarixlərdə Azərbaycan Respublikasına rəsmi səfəri

Ali Məhkəmənin 2015 ci il fəaliyyətinə dair mətbuat konfransı keçirilmişdir
  •       Aprelin 1-də  Ali Məhkəmədə 2015-ci ildə görülmüş işlərin yekunları ilə bağlı mətbuat və kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı  keçirilmişdir. Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirmişdir ki,  görüşün əsas məqsədi Ali Məhkəmənin 2015-ci ildə fəaliyyəti haqqında dolğun təsəvvür yaratmaqdan, bu barədə ictimaiyyətə daha geniş məlumat verməkdən, ədalət mühakiməsinə inamı artırmaqdan ibarətdir.

Bakıda “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkə daxili tətbiqində milli hakimlərin rolu” mövzusunda Beynəlxalq Konfrans keçirilmişdir (Foto Qalereya)
  • Azərbaycan Respublikası Ali Məhkəməsinin və Avropa Şurasının birgə təşkilatçılığı ilə 2014-cü ilin oktyabrın 24-də “Four Seasons Hotel Baku” mehmanxanasının iclaslar salonunda “İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvesiyasının ölkə daxili tətbiqində milli hakimlərin rolu” mövzusunlda Beynəlxalq Konfrans öz işinə başlamışdır.

Vyetnam Milli Məclisinin sədr müavini Uonq Çu Lunun başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
  • 2013-cü il iyunun 28-də ölkəmizdə səfərdə olan Vyetnam Milli Məclisinin sədr müavini Uonq Çu Lunun başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

    Görüşdə Ali Məhkəmənin sədri Vyetnam Milli Məclisinin sədr müavini Uonq Çu Lunun başçılıq etdiyi nümayəndə heyətini Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirmiş, Azərbaycanla Vyetnam arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu, bu əlaqələrin uğurla inkişaf etdiyini vurğulamışdır.

AŞPA-nın Monitorinq Komitəsinin həmsədrləri Ali Məhkəmədə olmuşlar
  • 2012-ci il noyabrın  27-də ölkəmizdə səfərdə olan  Avropa Şurası Parlament Assambleyasının  (AŞPA) Avropa Şurasına Üzv Dövlətlər Tərəfindən Öhdəliklərin yerinə Yetirilməsi üzrə Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Cozef Debono Qrex,  Pedro Aqramunt Fond de Mora və Monitorinq Komitəsi katibliyi  rəhbərinin müavini  xanım Aqnieska Naçilio Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşlər.

Ulu öndərin xatirəsi Ali Məhkəmədə yad edilmişdir
  • 2012-ci il dekabrın 11-də Ali Məhkəmədə ümummilli lider Heydər Əliyevin Xatirə gününə həsr olunmuş tədbir keçirilmişdir.

    Tədbiri giriş sözü ilə açan  Ali Məhkəmənin sədri Ramiz Rzayev tarixə yenilməz şəxsiyyət, nadir istedada malik dövlət xadimi və dahi siyasətçi kimi daxil olmuş ümummilli lider Heydər Əliyevin ömür yolundan danışmış, Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq bir dövrünün bu böyük şəxsiyyətin adı ilə bağlı olduğunu nəzərə çatdırmışdır.

Bolqarıstan Respublikası Ali Kassasiya Məhkəməsi sədrinin Azərbaycana işgüzar səfəri
  • Bolqarıstan Respublikası Ali Kassasiya Məhkəməsinin sədri Lazar Gruevin başçılıq etdiyi nümayəndə heyəti 2012-ci il noyabrın 11-ində axşam Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin dəvəti ilə Azərbaycana işgüzar səfərə gəlmişdir.

Ulu öndərin 89-cu ildönümü Ali Məhkəmədə qeyd edilmişdir
  • 8 may 2012-ci ildə Ali Məhkəmədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə  həsr olunmuş tədbir keçirilmişdir.

Dünya Bankının nümayəndələri Ali Məhkəmədə olmuşlar
  • 2012-ci il fevralın 27-də ölkəmizdə səfərdə olan Dünya Bankının Məhkəmə sisteminin müasirləşdirilməsi layihəsinin  rəhbəri Amitabha Mukherjeenin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

Ali Məhkəmənin Plenumu 17.02.2012
  • 17 fevral 2012-ci ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olmuşdur.