Azərbaycan Respublikası Ali Məhkəməsi


Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Strasburqda səfərdə olmuşdur

  • 2022-ci il iyunun 24-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti Fransa Respublikasının Strasburq şəhərində keçirilən “Pandemiya dövründə insan hüquqlarının müdafiəsi: yeni çağırışlar və yeni perspektivlər” adlı seminarda və məhkəmə ilinin açılışına həsr olunmuş mərasimdə iştirak etmişdir.

    Davamı ...

Avropa Şurasının strukturları ilə səmərəli əməkdaşlıq edilir

  • Ölkəmiz Avropa Şurası və onun struktur qurumları, o cümlədən həm üzv, həm də Avropadan kənar 50-dən çox dövlətlərə məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə dəstək göstərən və ədliyyə sisteminin inkişafına əhəmiyyətli töhfələr verən Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) ilə uzun illərdir sıx əməkdaşlıq edir.

    Davamı ...

Ali Məhkəmənin sədri Zaqatala rayonunda vətəndaşları qəbul edib

  • Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyun 17-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Zaqatala rayonunda Zaqatala, Qax və Balakən, eləcə də digər rayonlardan olan vətəndaşları qəbul edib.

    Davamı ...

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov Avropa Şurası Nümayəndələr Komitəsinin Demokratiya üzrə məruzəçilər qrupunun üzvləri ilə görüşüb

  • 2022-ci il iyunun 17-də Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov ölkəmizdə səfərdə olan Avropa Şurası Nümayəndələr Komitəsinin Demokratiya üzrə məruzəçilər qrupunun sədri, İsveçin Avropa Şurası yanında daimi nümayəndəsi Martin Ehnberqin başçılıq etdiyi Türkiyə, Estoniya və Finlandiyanın Avropa Şurası yanında daimi nümayəndəliklərinin rəhbərlərindən ibarət nümayəndə heyətilə görüşüb.

    Davamı ...

İnsan hüquqları haqqında Avropa Konvensiyasının Azərbaycanda tətbiqinə həsr olunmuş konfrans keçirilib

  • 2022-ci il 16 iyun tarixində Bakı şəhərində Avropa Şurasının Bakı ofisinin təşkilatçılığı ilə “İnsan hüquqları haqqında Avropa Konvensiyasının Azərbaycanda tətbiqi: Hüquqi aspektlər və çağırışlar” mövzusunda konfrans keçirilmişdir.

    Davamı ...

“İnsan hüquqları haqqında Avropa Konvensiyasının Azərbaycanda tətbiqi: Hüquqi aspektlər və çağırışlar” mövzusunda konfransda Azərbaycan Respublikası Ali Məhkəməsi sədri Ramiz Rzayevin çıxışı

  • Konfransın təşkilinə görə Avropa Şurasının Bakı ofisinə, xüsusilə ofisin rəhbəri cənab Zoltan Hernyesə təşəkkürümü bildirirəm. Konfrans olduqca maraqlı bir mövzuya - İnsan hüquqları haqqında Avropa Konvensiyasının Azərbaycan Respublikasında tətbiqi - mövzusuna həsr olunub.

    Davamı ...

Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsi imkanını aradan qaldıran Mülki və Kommersiya kollegiyalarının birgə qərardadı qəbul edilmişdir.

  • Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə qərardad

    Davamı ...

Ali Məhkəmənin sədri Zaqatalada vətəndaşları qəbul edəcək

  • Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev iyunun 17-də Zaqatala rayonunda Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək.

    Davamı ...