Azərbaycan Respublikası Ali Məhkəməsi


Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatının kollektivi Şuşa şəhərinə səfər edib

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 5 yanvar tarixli Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti, yüksək mədəni-mənəvi dəyəri nəzərə alınaraq Azərbaycan Respublikasında 2022-ci il "Şuşa İli" elan edilib.

    Davamı ...

Ali Məhkəmənin sədri Ramiz Rzayev Tovuz rayonunda vətəndaşları qəbul edib

  • Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə baxılması, o cümlədən Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin müraciətlərinə həssaslıqla yanaşılması ilə bağlı tövsiyələri Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən daim diqqətdə saxlanılır.

    Davamı ...

2022-ci il iyulun 8-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclası keçirilib

  • Plenumun iclasını giriş sözü ilə açan Ramiz Rzayev bildirib ki, Azərbaycan Respublikasının  Prezidenti  İlham Əliyevin  rəhbərliyi ilə ölkəmizin davamlı tərəqqisini təmin etmək üçün sosial-iqtisadi və digər sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında da yeni mərhələnin başlanmasına və bu sahədə davam edən islahatların dərinləşməsinə təkan verib.

    Davamı ...

Ali Məhkəmənin sədri Tovuzda vətəndaşları qəbul edəcək

  • Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev iyulun 15-də Tovuz rayonunda Tovuz, Qazax, Ağstafa və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək.

    Davamı ...

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Strasburqda səfərdə olmuşdur

  • 2022-ci il iyunun 24-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti Fransa Respublikasının Strasburq şəhərində keçirilən “Pandemiya dövründə insan hüquqlarının müdafiəsi: yeni çağırışlar və yeni perspektivlər” adlı seminarda və məhkəmə ilinin açılışına həsr olunmuş mərasimdə iştirak etmişdir.

    Davamı ...

Avropa Şurasının strukturları ilə səmərəli əməkdaşlıq edilir

  • Ölkəmiz Avropa Şurası və onun struktur qurumları, o cümlədən həm üzv, həm də Avropadan kənar 50-dən çox dövlətlərə məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə dəstək göstərən və ədliyyə sisteminin inkişafına əhəmiyyətli töhfələr verən Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) ilə uzun illərdir sıx əməkdaşlıq edir.

    Davamı ...

Ali Məhkəmənin sədri Zaqatala rayonunda vətəndaşları qəbul edib

  • Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyun 17-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Zaqatala rayonunda Zaqatala, Qax və Balakən, eləcə də digər rayonlardan olan vətəndaşları qəbul edib.

    Davamı ...

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov Avropa Şurası Nümayəndələr Komitəsinin Demokratiya üzrə məruzəçilər qrupunun üzvləri ilə görüşüb

  • 2022-ci il iyunun 17-də Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov ölkəmizdə səfərdə olan Avropa Şurası Nümayəndələr Komitəsinin Demokratiya üzrə məruzəçilər qrupunun sədri, İsveçin Avropa Şurası yanında daimi nümayəndəsi Martin Ehnberqin başçılıq etdiyi Türkiyə, Estoniya və Finlandiyanın Avropa Şurası yanında daimi nümayəndəliklərinin rəhbərlərindən ibarət nümayəndə heyətilə görüşüb.

    Davamı ...