• Ümumi məlumat
  • Ərazi
    Ümumi ərazi, [kv.km]83.0
    Məhsuldar torpaqların ümumi sahəsi, [kv.km]0.0
    Kənd təsərrüfatına yararsız torpaqların sahəsi, [kv.km]0.0
    Heyvandarlıq üçün otlaqların sahəsi, [kv.km]0.0
    Əkilmiş torpaqların ümumi sahəsi, [kv.km]0.0
    Meyvə bağlarının ümumi sahəsi, [kv.km]0.0
    Şoran torpaqların ümumi sahəsi, [kv.km]0.0
  • Əhali
    Əhalinin ümumi sayı301900.0
    Şəhər əhalisinin sayı, [%]91.0
    Kənd əhalisinin sayı, [%]9.0
    Əhalinin orta sıxlığı3637.35
    Əhalinin cins qrupları üzrə sayı: (kişilər), [%]49.0
    Əhalinin cins qrupları üzrə sayı: (qadınlar), [%]51.0
    Əhalinin yaş qrupları üzrə sayı: (uşaqlar), [%]23.0
    Əhalinin yaş qrupları üzrə sayı: (18 yaşa qədər), [%]27.0
    Əhalinin yaş qrupları üzrə sayı: (18-dən 55-60-a), [%]64.0
    Əhalinin yaş qrupları üzrə sayı: (təqaüdçülər), [%]17.0
    Ali təhsilli əhalinin sayı, [%]9.0
    Orta təhsilli əhalinin sayı, [%]42.0
    Məskunlaşmış qaçqınların sayı18282.0
    Məskunlaşmış məcburi köçkünlərin sayı44130.0
  • Şəhər və iri qəsəbələr
    1. Sumqayıt şəhəri
    2. H.Zeynalabdin qəsəbəsi
    3. Corat qəsəbəsi
  • İri dövlət və şəxsi müəssələr
    Sumqayıt şəhərində iri dövlət müəssisələrindən "Etilen-polietilen", "Səthi aktiv maddələr", "Sintezkauçuk", "Üzvi sintez" və «Mexaniki təmir» zavodları, "Sumqayıt Suprefosfat", «Sumqayıt Kompressorları» və "Azərboru" Açıq Səhmdar Cəmiyyətləri, Sumqayıt Alüminium istehsal sahəsi, özəl müəssisələrdən «Sumqayıt Sənaye İstehsal», «Sumqayıt Aşqarlar», «Azərbaycan Məişət Malları», «Xovlu İplik», «Trikotaj», «Toxucu» və «Sumqayıt Çörək» Açıq Səhmdar Cəmiyyətləri, "Şüşə" zavodu, «FM» firması, "Bismak" Qida Sənaye kompleksi, «Tac» Holdinq», «Elitar», «BASF Kaspian YKS» və "Dizayn Cenay Azərbaycan» Məhdud Məsuliyyətli Cəmiyyətləri və digərləri fəaliyyət göstərir.
  • Əsas təsərüffat fəaliyyəti
    Sumqayıt şəhəri respublikanın ikinci iri sənaye mərkəzidir. Burada əsasən kimya, neftkimya, qara və əlvan metallurgiya, maşınqayırma, yüngül və yeyinti sənayesi, tikinti materialları və s. sahələri inkişaf etmişdir.

    Sumqayıt şəhərində fəaliyyət göstərən müəssisələrdə polietilen, izopropil spirti, maye xlor, maye və quru kaustik soda, xlorid və sulfat turşusu, propilen oksidi, propilenqlikol, kalsium karbonat, iri diametrli şüşə lifli borular, ilkin alüminum, metal borular, beton məhlulu üçün əlavə qatqılar, metlax-kafel yapışdırıcıları, plastik boru, klassik üsulla pivə, biskivit və makaron məhsulları, müxtəlif növ qənnadı məhsulları istehsal olunur.

    Şəhərdə tikinti materialları istehsalı, müxtəlif çeşidli mebel, ticarət və xidmət sahələri də inkişaf etmişdir.

  • İstirahət və turizm zonaları,idman kompleksləri
    1. Sumqayıt şəhərinin emblemi - 1964, Sumqayıtın 15 illiyinə həsr olunub.
    2. N.Nərimanovun büstü - 1964, müəllif - M.Mirqasımov, İ.İsmayılov və F.Leonyev.
    3. C.Cabbarlının büstü - 1968-ci, 1-ci mikrorayon, Gənclik klubu qarşısında. Müəllif - heykəltaraş E.Hüseynov, memar - Y.Rəhimzadə.
    4. Sülh göyərçini - 1978, Sülh küçəsində yerləşir, müəllif - V.Nəzirov.
    5. Corat qəsəbəsində hamam - XVI əsr.
    6. Corat qəsəbəsində hamam - XVII əsr (dənizkənarı).
    7. Corat qəsəbəsində məscid - XVII əsr.
    8. Corat qəsəbəsində məscid - XVII əsr.
    9. Şəhidlər xiyabanı 1988-ci ildə yaranıb.
    10. Şəhidlərin xatirəsinə ucaldılmış monument - 1988-1990.
    11. 20 Yanvar şəhidlər ansamblı, müəllif - G.Babayev, İ.Məmmədxanov.
    12. Poeziya guşəsi - 1970. 5-ci mikrorayon, S.Vurğun və C.Cabbarlının barelyefləri. Müəllif - V.Nəzirov, A.Quliyev.
    13. Mozaika - 1977, 36-cı məhəllə, müəllif - V.Nəzirov, M.Qafarov.
    14. M.Müşviqin büstü - 13-cü mikrorayon, 34 saylı məktəbin həyəti. 1993, müəllif - A.Quliyev.
    15. "Qarabağ" kinoteatrının fasadında mozaika. 1990, 10-cu mikrorayon, müəllif - V.Nəzirov, Y.Mehdiyev.
    16. N.Gəncəvinin, N.Nərimanovun, S.Vurğunun, C.Cabbarlının şərəfinə vurulmuş memorial lövhələr.
    17. A.S.Puşkinin, Z.Həsənovanın şərəfinə lövhələr.
    18. Dəniz kənarında əbədi məşəl.
    19. Şəhərin hər bir guşəsində, mikrorayonunda şəhidlərin xatirəsini əks etdirən lövhələr və komplekslər.
    20. Corat qəsəbəsində köhnə qəbiristanlıq. Sandıq qəbirlər.
    21. H.Zeynalabdin qəsəbəsində - H.Zeynalabdinin şəxsən özü çəkdirdiyi su nasos stansiyası. 1916-cı il.
    22. H.Zeynalabdin qəsəbəsində şəhidlər kompleksi.
    23. H.Zeynalabdin qəsəbəsində "Dədə Qorqud" kompleksi.
    24. C.Məmmədquluzadə küçəsi, C.Məmmədquluzadənin büstü. 25.05.2003, müəllif - V.Nəzirov.
    25. Nəsimi parkı - Nəsiminin şərəfinə abidə. 07.10.2003.
    26. Heydər Əliyevin xatirəsinə mərkəzi prospekt.
  • Tarix və memarlıq abidələri
    1949-cu il noyabrın 22-də Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verilib.

    1939-cu ildə Sumqayıtın əhalisi 6400 nəfər olmuşdursa, 1949-cu ildə əhalinin sayı 17200 nəfərə qədər artıb.

    1952-ci ilin yeni il axşamı, Boru prokat zavodunun birinci "Stan-140" sexində ilk boru məhsulu alınıb.

    1952-ci ildə neft kimya sənayesinin ilki - Sintetik kauçuk zavodu işə başlayıb və bu müəssisədə həmin ilin avqust ayında neft məhsulundan ilk dəfə olaraq etil spirti, həmin ilin sentyabrında sintetik kauçuk istehsal edilib.

    1953-cü il 23 oktyabrında Boru prokat zavodunun merten sexi ilk polad ərintisini verib.

    1955-ci il 8 mart taixində Zaqafqaziyada əlvan metallurgiyanın ilki olan Sumqayıt Alüminium zavodu işə başlayıb və zavod ilk məhsulunu verib.

    1957-1959-cu illərdə Sumqayıtda sənaye müəssisələri ilə yanaşı, bir sıra elmi-tədqiqat müəssisələri, yaraşıqlı və çoxmərtəbəli yaşayış binaları, mədəni-məişət ocaqları, məktəb və uşaq bağçaları tikilib istifadəyə verilib. O cümlədən:

    - 1952-ci ildə Azərbaycan dilində "Sosialist Sumqayıtı" qəzetinin ilk nömrəsi nəşr edilib;

    - 1957-ci ildə "Neftkimyaavtomat" elmi-tədqiqat layihə institutu fəaliyyətə başlayıb;

    - 1958-ci ildə M.Əzizbəyov adına sənaye institutunun filialı açılıb;

    - 1958-ci ildə Sumqayıt-Bakı dəmiryolu işə salınıb;

    - 1958-ci ildə S.Vurğun adına mədəniyyət sarayı inşa edilib;

    - 1959-cu ildə Raybitə evi istifadəyə verilib;

    - 1959-cu ildə birinci tramvay xətti işə düşüb;

    - 1959-cu ildə ATS-in birinci növbəsi istifadəyə verilib;

    - 1959-cu ildə Sumqayıtda ilk radio verilişləri fəaliyyətə başlayıb.

    1954-cü ildə Sumqayıtın baş plan layihəsi təsdiq olunub və bu layihədə şəhər əhalisinin 1970-ci ildə 85000 nəfər olacağı nəzərdə tutulub. Lakin 1970-ci ildə şəhərin əhalisinin sayı 135100 nəfərə qədər artıb.

    1960-cı ildə Avropada ən iri neft kimya kombinatının tikintisinə başlanılıb. Kombinat işə buraxıldıqdan sonra burada müxtəlif adda neft kimya məhsulları istehsal edilməyə başlanıb.

    1961-1968-ci illərdə Sumqayıtda bir-birinin ardınca yeni müəssisələr işə düşməyə başlayıb. O cümlədən:

    - 1961-1964-cü illərdə Superfosfat zavodu işə düşüb;
    - 1966-cı ildə 2-ci İEM - ilk sənaye cərəyanını verib;
    - 1968-ci ildə polimer-tikinti materialları kombinatı işə başlayıb;

    Sumqayıtın yaranmasından ötən müddət ərzində şəhərdə bir sıra mədəniyyət evləri tikilib istifadəyə verilib, geniş istirahət parkları salınıb, Azərbaycan xalqının görkəmli dövlət xadimlərinə abidələr qoyulub. O cümlədən:

    1951-ci ildə C.Cabbarlı adına, 1958-ci ildə S.Vurğun adına və 1985-ci ildə Ü.Hacıbəyov adına mədəniyyət evləri tikilib, 1966-cı ildə M.Hüseynzadə adına stadion istifadəyə verilib, müxtəlif vaxtlarda Nəsimi adına dənizkənarı istirahət parkı, şəhər parkı, Sumqayıtda qardaşlaşmış şəhər olan Lüdviqshafen şəhəri ilə dostluq əlaqələrinin rəmzi kimi "Lüdviqshafen" parkı, "Heydər parkı" salınıb. Şəhərlərin görkəmli yerlərində müxtəlif faxtlarda Azərbaycan xalqının görkəmli xadimləri N.Nərimanova, C.Cabbarlıya, C.Məmmədquluzadəyə və İ.Nəsimiyə abidələr qoyulub.

    Sumqayıtda 1969-cu ildən H.Ərəblinski adına Musiqili Dövlət Dram Teatrı fəaliyyət göstərir. Teatrda 170-dən çox tamaşa hazırlanıb. Respublikanın görkəmli sənətkarlarından Afaq Bəşirqızı, Mərahim Fərzəlibəyov (rejissor) Sumqayıt teatrının yetişdirmələridir. Hazırda teatrda 1 nəfər Xalq artisti, 3 nəfər əməkdar artist çalışır.

    Sumqayıtda 47 ümumtəhsil və 2 internat məktəbi, özəl türk liseyi, 4 texniki peşə məktəbi, 57 məktəbəqədr uşaq müəssisələri, 8 mədəniyyət evi, 6 şəhər klubu, 20 dövlət kitabxanası, 5 musiqi, 4 orta ixtisas məktəbi, 1 rəsm qalereyası, 4 kinoteatr, 1 tarix muzeyi, 1 mehmanxana fəaliyyət göstərir.

    Təhsil müəssisələrində 5190 müəllim çalışır, 60804 şagird təhsil alır.

    Şəhərdə Sumqayıt Dövlət Universiteti, Müəllimlərin Təkmilləşdirmə İnstitutunun Sumqayıt filialı, Dövlət Texniki Kolleci, Tibb məktəbi, Musiqi Texnikumu, Pedaqoji Seminariya və musiqi məktəbləri fəaliyyət göstərir.

    Şəhərdə 30 səhiyyə ocağı vardır. Bu səhiyyə müəssisələrində 5599 tibb işçisi, o cümlədən 1109 həkim, 2616 orta tibb işçisi çalışır.

    Şəhərin mənzil fondu 1,8 mln kvadrat metrdir və 1225 yaşayış binasından, 13 yataqxanadan ibarətdir. Mənzil fondunun 60 %-dən çoxu əhali tərəfindən özəlləşdirilmişdir.

    Şəhərin bağlar zonasında 10,6 min bağ sahələri var.

  • Qoruqlar
    -1
  • Avtomobil və dəmir yolları
    Sumqayıt şəhəri ərazisindən Bakı-Rostov magistral avtomobil yolu keçir. Bu avtomobil yolunun Sumqayıt ərazisindən keçən hissəsinin uzunluğu 24 kilometirdir. Yolun 13 kilometri - 1b kateqoriyalı, 11 kilometri - 3-cü kateqoriyalı avtomobil yoludur.

    Sumqayıt şəhərin daxili avtombil yollarının uzunluğu 155,5 kilometr təşkil edir.

    Sumqayıt ərazisindən keçən dəmir yolunun ümumi uzunluğu 97 kilometirdir, onun 24 kilometri baş yol, 73 kilometri isə dalan yoludur.

  • Sərhəd rayonların, ölkələrin və ərazilərin adları
    Abşeron və Xızı rayonları.
  • Tarixi haqqında qısa məlumat
    1949-cu il noyabrın 22-də Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verilib.

    1939-cu ildə Sumqayıtın əhalisi 6400 nəfər olmuşdursa, 1949-cu ildə əhalinin sayı 17200 nəfərə qədər artıb.

    1952-ci ilin yeni il axşamı, Boru prokat zavodunun birinci "Stan-140" sexində ilk boru məhsulu alınıb.

    1952-ci ildə neft kimya sənayesinin ilki - Sintetik kauçuk zavodu işə başlayıb və bu müəssisədə həmin ilin avqust ayında neft məhsulundan ilk dəfə olaraq etil spirti, həmin ilin sentyabrında sintetik kauçuk istehsal edilib.

    1953-cü il 23 oktyabrında Boru prokat zavodunun merten sexi ilk polad ərintisini verib.

    1955-ci il 8 mart taixində Zaqafqaziyada əlvan metallurgiyanın ilki olan Sumqayıt Alüminium zavodu işə başlayıb və zavod ilk məhsulunu verib.

    1957-1959-cu illərdə Sumqayıtda sənaye müəssisələri ilə yanaşı, bir sıra elmi-tədqiqat müəssisələri, yaraşıqlı və çoxmərtəbəli yaşayış binaları, mədəni-məişət ocaqları, məktəb və uşaq bağçaları tikilib istifadəyə verilib. O cümlədən:

    - 1952-ci ildə Azərbaycan dilində "Sosialist Sumqayıtı" qəzetinin ilk nömrəsi nəşr edilib;

    - 1957-ci ildə "Neftkimyaavtomat" elmi-tədqiqat layihə institutu fəaliyyətə başlayıb;

    - 1958-ci ildə M.Əzizbəyov adına sənaye institutunun filialı açılıb;

    - 1958-ci ildə Sumqayıt-Bakı dəmiryolu işə salınıb;

    - 1958-ci ildə S.Vurğun adına mədəniyyət sarayı inşa edilib;

    - 1959-cu ildə Raybitə evi istifadəyə verilib;

    - 1959-cu ildə birinci tramvay xətti işə düşüb;

    - 1959-cu ildə ATS-in birinci növbəsi istifadəyə verilib;

    - 1959-cu ildə Sumqayıtda ilk radio verilişləri fəaliyyətə başlayıb.

    1954-cü ildə Sumqayıtın baş plan layihəsi təsdiq olunub və bu layihədə şəhər əhalisinin 1970-ci ildə 85000 nəfər olacağı nəzərdə tutulub. Lakin 1970-ci ildə şəhərin əhalisinin sayı 135100 nəfərə qədər artıb.

    1960-cı ildə Avropada ən iri neft kimya kombinatının tikintisinə başlanılıb. Kombinat işə buraxıldıqdan sonra burada müxtəlif adda neft kimya məhsulları istehsal edilməyə başlanıb.

    1961-1968-ci illərdə Sumqayıtda bir-birinin ardınca yeni müəssisələr işə düşməyə başlayıb. O cümlədən:

    - 1961-1964-cü illərdə Superfosfat zavodu işə düşüb;

    - 1966-cı ildə 2-ci İEM - ilk sənaye cərəyanını verib;

    - 1968-ci ildə polimer-tikinti materialları kombinatı işə başlayıb;

    Sumqayıtın yaranmasından ötən müddət ərzində şəhərdə bir sıra mədəniyyət evləri tikilib istifadəyə verilib, geniş istirahət parkları salınıb, Azərbaycan xalqının görkəmli dövlət xadimlərinə abidələr qoyulub. O cümlədən:

    1951-ci ildə C.Cabbarlı adına, 1958-ci ildə S.Vurğun adına və 1985-ci ildə Ü.Hacıbəyov adına mədəniyyət evləri tikilib, 1966-cı ildə M.Hüseynzadə adına stadion istifadəyə verilib, müxtəlif vaxtlarda Nəsimi adına dənizkənarı istirahət parkı, şəhər parkı, Sumqayıtda qardaşlaşmış şəhər olan Lüdviqshafen şəhəri ilə dostluq əlaqələrinin rəmzi kimi "Lüdviqshafen" parkı, "Heydər parkı" salınıb. Şəhərlərin görkəmli yerlərində müxtəlif faxtlarda Azərbaycan xalqının görkəmli xadimləri N.Nərimanova, C.Cabbarlıya, C.Məmmədquluzadəyə və İ.Nəsimiyə abidələr qoyulub.

    Sumqayıtda 1969-cu ildən H.Ərəblinski adına Musiqili Dövlət Dram Teatrı fəaliyyət göstərir. Teatrda 170-dən çox tamaşa hazırlanıb. Respublikanın görkəmli sənətkarlarından Afaq Bəşirqızı, Mərahim Fərzəlibəyov (rejissor) Sumqayıt teatrının yetişdirmələridir. Hazırda teatrda 1 nəfər Xalq artisti, 3 nəfər əməkdar artist çalışır.

    Sumqayıtda 47 ümumtəhsil və 2 internat məktəbi, özəl türk liseyi, 4 texniki peşə məktəbi, 57 məktəbəqədr uşaq müəssisələri, 8 mədəniyyət evi, 6 şəhər klubu, 20 dövlət kitabxanası, 5 musiqi, 4 orta ixtisas məktəbi, 1 rəsm qalereyası, 4 kinoteatr, 1 tarix muzeyi, 1 mehmanxana fəaliyyət göstərir.<p>

    Təhsil müəssisələrində 5190 müəllim çalışır, 60804 şagird təhsil alır.

    Şəhərdə Sumqayıt Dövlət Universiteti, Müəllimlərin Təkmilləşdirmə İnstitutunun Sumqayıt filialı, Dövlət Texniki Kolleci, Tibb məktəbi, Musiqi Texnikumu, Pedaqoji Seminariya və musiqi məktəbləri fəaliyyət göstərir.

    Şəhərdə 30 səhiyyə ocağı vardır. Bu səhiyyə müəssisələrində 5599 tibb işçisi, o cümlədən 1109 həkim, 2616 orta tibb işçisi çalışır.

    Şəhərin mənzil fondu 1,8 mln kvadrat metrdir və 1225 yaşayış binasından, 13 yataqxanadan ibarətdir. Mənzil fondunun 60 %-dən çoxu əhali tərəfindən özəlləşdirilmişdir.

    Şəhərin bağlar zonasında 10,6 min bağ sahələri var.
  • Məhkəmələr
    SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ
     
    SƏDR: - Hüseynov Zeyqəm Hüseyn oğlu
     
    HAKİMLƏR: - Ruvinov Vladimir Yefimoviç
    Abbasov Aqil Əzizağa oğlu
    Nəcəfova Şövkət Hüseyn qızı
    Qəhrəmanov Əkrəm Sabir oğlu
    Hüseynov Ələkbər Məmmədtağı oğlu
    Xəlilova Təhminə Cəmil qızı
    Mahmudov İlyas Musa oğlu
    Məmmədov Elman Tofiq oğlu
    Məmmədov İlqar Aslan oğlu
     
    DƏFTƏRXANA MÜDİRİ: – Həsənova Qəmizə Bahəddin qızı
    Tel: -  644-37-29
     
     
    SUMQAYIT APELYASİYA MƏHKƏMƏSİ
     
    SƏDR: - Kərimov İkram Heydər oğlu
     
    HAKİMLƏR: - Məmmədova Lətifə Məhyəddin qızı
    Nəbiyev Hüseyn Əmir oğlu
    Nuriyeva Afaq Bayram qızı
    Tağızadə Gülnarə Fikrət qızı
    Cavadov Yusif Vəli oğlu
    Həmidov Həmid Üzeyir oğlu
    Həsənov İlham Məmmədcəfər oğlu
    İsgəndərov Rasim Soltan oğlu
    Nəsibov Nazim Məcid oğlu
    Zeynalov Mübariz Hüseyn oğlu
    Hüseynov Azər Qəmbər oğlu
    Quliyev Telman Osman oğlu
     
    APARATIN RƏHBƏRİ: - Ələkbərov Əfqan Qəzənfər oğlu (642-44-11)
     
    DƏFTƏRXANA MÜDİRİ: - Musayeva Kamilla Rüstəm qızı
    Tel: - 642-98-40; 437-56-02
     
    ƏLAQƏ: - 642-98-40; 437-56-02.
     
     
    SUMQAYIT YERLİ İQTİSAD MƏHKƏMƏSİ
     
    SƏDR: - Bəşirov Çingiz Adil oğlu
     
    HAKİM: - Məmmədov Zaur İkram oğlu
     
     
    SUMQAYIT HƏRBİ MƏHKƏMƏSİ
     
    SƏDR: - Cəfərov Vidadi Cəfər oğlu
     
    HAKİMLƏR: - Ağamirzəyev Fəxrəddin Mansur oğlu
    Hacıyev Siyavuş Həbib oğlu
     
    DƏFTƏRXANA MÜDİRİ: - İsmayılov Səidə İsmayıl qızı)
    Tel: - 645-49-37