Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmənin Mətbuat Xidmətinin məlumatı

  •        Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının qarşısının alınması məqsədilə görülən tədbirlərlə bağlı bəyanat qəbul edərək dünya ölkələrinin, o cümlədən Avropa Şurasının üzv dövlətlərinin ali məhkəmələrinə göndərmişdir...

    Davamı ...

Azərbaycan Respublikasının Ali Məhkəməsi Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının qarşısının alınması məqsədilə görülən tədbirlərlə bağlı bəyanat qəbul edərək dünya ölkələrinin, o cümlədən Avropa Şurasının üzv dövlətlərinin ali məhkəmələrinə göndərmişdir. Bəyanatda deyilir

  • Ermənistan Respublikasının silahlı qüvvələri 27 sentyabr 2020-ci il tarixində Azərbaycan silahlı qüvvələrinin mövqelərini, eləcə də yaşayış məntəqələrini intensiv atəşə tutaraq təmas xətti boyunca Azərbaycan Respublikasına qarşı geniş miqyaslı hərbi əməliyyatlara başlamışlar.

    Davamı ...

Ali Məhkəmənin hakimləri və əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna pul köçürüblər

  •    Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycana qarşı növbəti planlaşdırılmış təxribatına cavab olaraq qüdrətli ordumuz bütün cəbhəboyu uğurlu əks-hücum əməliyyatları həyata keçirir və düşmənə sarsıdıcı zərbələr endirir.

       Hərbi vəzifəlilərin, onları yola salan valideyn və yaxınlarının ruh yüksəkliyi, vətəndaşlarımızın kütləvi könüllü olaraq orduya yazılması bir daha onu göstərir ki, xalqımız işğal altındakı ərazilərimizi düşməndən azad etmək üçün ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlardan qürur duyur və qətiyyətli dəstək verir.

       Cəmiyyətimizdə mövcud olan milli həmrəylikdən və ordumuzun cəbhəboyu apardığı uğurlu əməliyyatlarından ruhlanan Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri və əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna 120 min manat məbləğində pul vəsaiti köçürüb.

    Davamı ...

Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən normalarının tətbiqi üzrə mübahisəli hüquqi məsələnin müzakirəyə çıxarılması haqqında Ali Məhkəmənin MƏLUMATI

  •         Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-1-ci maddəsinə müvafiq olaraq, Ali Məhkəmənin məhkəmə tərkibi işə kassasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır...

    Davamı ...

Məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması üzrə planın təsdiq edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı

Məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması üzrə planın təsdiq edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarı

  •    “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarı, habelə işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı Qərarda istinad edilən meyarlar üzrə yoxlanılma ardıcıllığınının izahını əks etdirən cədvəl ...

    Davamı ...

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 18.09.2020

  • 2020-ci il sentyabrın 18-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilmişdir.

    Davamı ...