


Avropa Şurasının HELP Tədris Proqramı üzrə “İnsan Hüquqlarına dair Avropa Konvensiyasına və Avropa Məhkəməsinə giriş” mövzusunda təlim kursu Avropa Şurası, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Vəkillər Kollegiyası tərəfindən birgə təşkil edilmiş və həyata keçirilmişdir.
Davamı ...
09 iyul 2021-ci il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsi ilə Vəkillər Kollegiyası tərəfindən həyata keçirilən birgə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasında inzibati məhkəmələrin yaradılmasının 10 illiyinə həsr olunmuş inzibati məhkəmə icraatının aktual problemlərinə dair məsələlərin hakimlərin və vəkillərin iştirakı ilə videokonfrans formatında növbəti sonuncu müzakirəsi keçirilmişdir.
Davamı ...
Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair qərardad
Davamı ...
2021-ci il iyulun 6-da ölkəmizdə səfərdə olan Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Muhittin Özdemirin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
Davamı ...
02 iyul 2021-ci il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsi ilə Vəkillər Kollegiyası tərəfindən həyata keçirilən birgə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasında inzibati məhkəmələrin yaradılmasının 10 illiyinə həsr olunmuş inzibati məhkəmə icraatının aktual problemlərinə dair məsələlərin hakimlərin və vəkillərin iştirakı ilə videokonfrans formatında növbəti müzakirəsi keçirilmişdir.
Davamı ...
Azərbaycan Respublikasında məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini formalaşdırmaq vəzifəsinin icrası istiqamətində görülən işlərin davamı olaraq Mülki Prosessual Məcəllənin 418-1-ci maddəsində təsbit edilmiş mexanizmə növbəti dəfə müraciət edilməsi qərara alınmşdır.
Davamı ...
2021-ci il iyunun 25-də Azərbaycan Respublikasının Milli Məclisində Mülki-Prosessual Məcəlləyə dəyişiklik edilməsi haqqında Qanun layihəsi müzakirə edilmişdir.
Davamı ...
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunmuşdur.
Davamı ...