




2022-ci il mayın 16-17-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çex Respublikasının Praqa şəhərində keçirilən Mərkəzi və Şərqi Avropa ölkələrinin Ali Məhkəmə sədrlərinin 12-ci konfransında iştirak etmişdir.
Davamı ...
Vətəndaşların nəzərinə!
Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev mayın 20-də Masallı rayonunda Masallı və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edəcək.
Davamı ...
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin sədrliyi ilə ölkə üzrə apellyasiya və ağır cinayətlər məhkəmələrinin, həmçinin bir sıra birinci instansiya məhkəmələrinin rəhbərlərinin iştirakı ilə iclas keçirilmişdir.
Davamı ...
2022-ci il mayın 10-12-də Türkiyə Respublikasının Ankara şəhərində Türkiyə Respublikası Ali İnzibati Məhkəməsinin (Danıştay) yaradılmasının 154-cü ildönümü ilə bağlı tədbir keçirilir.
Davamı ...
2022-ci il mayın 10-da Azərbaycan Respublikası Ali Məhkəməsində Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar yığıncaq keçirilmişdir.
Tədbirdə Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək böyük tarixi şəxsiyyət olan Heydər Əliyevin şərəfli ömür yolundan, Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışmışdır.
Davamı ...
2022-ci il aprelin 27-28-də Almaniya Federativ Respublikasının Vismar şəhərində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə “Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində inzibati məhkəmə icraatının inkişafı” mövzusunda konfrans keçirilmişdir.
Davamı ...
2022-ci il aprelin 28-də Portuqaliyanın Porto şəhərində Avropa Hakimlər Assosiyasiyasının illik toplantısı, eyni zamanda "Məhkəmə dürüstlüyü, şəffaflığın artlrılması və məhkəməyə inamın gücləndirilməsi" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
Davamı ...
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə baxılması, o cümlədən Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tövsiyələri Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən daim diqqətdə saxlanılır.
Davamı ...