Ali Məhkəmə


Vyetnamlı qonaqlar Ali Məhkəmədə

  • 2014-cü il oktyabrın 10-da ölkəmizdə səfərdə olan Vyetnam  Milli Assambleyası daimi Komitəsinin üzvü, Milli Məclisinin Hüquq Komitəsinin sədri prof. Dr. Fan Tring Linin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
    Görüşdə Ali Məhkəmənin sədri Vyetnam nümayəndə heyətini Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirmiş, Azərbaycanla Vyetnam arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu, bu əlaqələrin uğurla inkişaf etdiyini vurğulamışdır.
    davamı ...

Qirğiz Respublikası Ali Məhkəməsi Konstitusiya Palatası sədrinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmədə olmuşdur

  • 2014-cü il oktyabrın 9-da ölkəmizdə səfərdə olan Qirğiz Respublikası Ali Məhkəməsi Konstitusiya Palatasının sədri Mukambet Kasımaliyevin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
    Görüşdə Ali Məhkəmənin sədri Qırğız nümayəndə heyətini Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirmiş, ənənə və dəyərlərlərlə bir-birinə yaxın olan hər iki xalqın həmrəyliyi ilə bağlı çoxsaylı nümunələrin olduğunu qeyd etmiş, məhkəmə hüquq sistemləri arasında da bu əlaqələrin inkiıaf edəcəyinə əminliyini ifadə etmişdir.
    davamı ...

Ali Məhkəmənin Plenumu 30.09.2014

  • 30 sentyabr 2014-cü ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olmuşdur. Ali Məhkəmənin sərdi Plenum iclasını açaraq bildirmişdir ki, cari ildə ölkəmizdə bütün sahələri əhatə edən inkişaf məhkəmə-hüquq sahəsində də davam etdirilmişdir. Ali Məhkəmənin sədri qanunun aliliyinin və məhkəmə hakimiyyətində şəffaflığın təmin olunması, insan hüquq və əsas azadlıqlarının müdafiəsi sahəsində məhkəmələrin qarşısında duran vəzifələrdən danışmışdır.

    davamı ...

Ədalət Mühakiməsinin Səmərəliyi üzrə Avropa Komissiyasının (CEPEJ) nümayəndə heyəti Bakıda keçirilən plenar iclasda iştirak etmək məqsədi ilə 1-8 İyul 2014-cü il tarixlərdə Azərbaycan Respublikasında səfərdə olmuşdur. Səfər çərçivəsində nümayəndə heyəti Ali Məhkəmənin inzibati binası ilə tanış olmuşdur.

  • Ədalət Mühakiməsinin Səmərəliyi üzrə Avropa Komissiyasının (CEPEJ) nümayəndə heyəti Bakıda keçirilən plenar iclasda iştirak etmək məqsədi ilə 1-8 İyul 2014-cü il tarixlərdə Azərbaycan Respublikasında səfərdə olmuşdur. Səfər çərçivəsində nümayəndə heyəti Ali Məhkəmənin inzibati binası ilə tanış olmuşdur.

    davamı ...

“Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda konfransının iştirakçıları Ali Məhkəmənin inzibati binası ilə tanış olmuşlar.

  • 30 iyun-01 iyul 2014-cü il tarixlərdə Avropa Şurası ilə birlikdə, Avropa Şurasının Korrupsiyaya qarşı mübarizə aparan Dövlətlər Qrupu (GRECO) VƏ Beynəlxalq Antikorrupsiya Akademiyasının (İACA) iştirakçılığı ilə keçirilən “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda konfransın iştirakçıları Ali Məhkəmənin inzibati binası ilə tanış olmuşlar.

    davamı ...