Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmədə Rusca-Azərbaycanca izahlı hüquq lüğətinin təqdimatı keçirilib

  • Ali Məhkəmədə Rusca-Azərbaycanca izahlı hüquq lüğətinin təqdimatı keçirilib. Tədbirdə məlumat verilib ki, kitabın müəllifləri Ali Məhkəmənin sədri Ramiz Rzayev, filologiya elmlər doktoru, Bakı Slavyan Universitetinin professoru Rafiq Novruzov və Ali Məhkəmənin məsul işçisi Könül Əliyevadır.

    Davamı ...

26 fevral 2015-ci il tarixində Ali Məhkəmədə insan hüquqları üzrə beynəlxalq ekspertlərlə görüş keçirilmişdir.

  • 26 fevral 2015-ci il tarixində Ali Məhkəmədə beynəlxalq ekspertlər, Alman Ədliyyə Akademiyasının direktoru Dr. Rainer Hornung və fransız vəkil Laurent Petiti, yerli ekspert Selcan Məmmədli, Avropa Şurasının Proqram meneceri Mahir Müşteidzadə, Avropa Şurasının Azərbaycan ofisinin layihə icraçısı Vəfa Rövşənova  Ali Məhkəmənin hakimləri Vəfaddin İbayev, Hafiz Nəsibov və İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva ilə görüşmüşlər.

    Davamı ...

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 06.02.2015

  •  6 fevral 2015-ci ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olmuşdur.

    Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bildirmişdir ki, 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məhkəmə sistemi ilə bağlı Sərəncamlarının icrası və Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. 

    Davamı ...

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev 30 yanvar 2015-ci ildə Strasburqda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmə ilinin açılmasında iştirak etmişdir

  • 2015-ci ilin yanvarın 30-da Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayev İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmə ilinin açılmasına həsr olunmuş seminarda iştirak etmişdir. 

    Davamı ...

Ali Məhkəmədə 20 yanvar şəhidlərinin xatirəsi yad edilmişdir

  • 2015-ci il yanvarın 19-da Ali Məhkəmədə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yığıncaq keçirilmişdir.Yığıncaqda çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirmişdir ki, 1990-cı ilin 20 yanvar hadisəsi  Azərbaycanın azadlığı  və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə  qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. 

    Davamı ...