Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmənin sədri Ramiz Rzayev AŞ Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qesselin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

  •       2017-ci il martın 16-da Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycanın Avropa Şurasına (AŞ) üzv qəbul olunduqdan sonra üzərinə götürdüyü öhdəliklərin icrası vəziyyətini öyrənmək məqsədilə ölkəmizdə səfərdə olan AŞ Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qesselin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

    Davamı ...

Ukraynanın Baş prokuroru Yuri Lutsenkonun başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri ilə görüşmüşdür

  •        2017-ci il fevralın 19-da ölkəmizdə səfərdə olan Ukraynanın Baş prokuroru Yuri Lutsenkonun başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

    Davamı ...

Ali Məhkəmədə görüş

  •       2017-ci il fevralın 16-da ölkəmizdə səfərdə olan İran İslam  Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

    Davamı ...

Ali Məhkəmədə görüş

  •       2017-ci il fevralın 15-də “Azərbaycanda Gender əsaslı zorakılıqla  mübarizə” adlı Layihə çərçivəsində ölkəmizdə səfərdə olan tanınmış beynəlxalq ekspert Silviya Spurekin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin Mülki kollegiyanın sədri Şəlalə Məmmədova və Cinayət kollegiyasının sədri Şahin Yusifovla görüşmüşdür.

    Davamı ...

Ali Məhkəmədə müşavirə keçirilmişdir

  •       13 fevral 2017-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsində Baş Prokurorluğun, Ədliyyə və Daxili İşlər Nazirliklərinin məsul əməkdaşlarının, respublikanın Apellyasiya, Ağır Cinayətlər, hərbi, Sumqayıt şəhər, Bakı şəhəri və Abşeron rayon məhkəmələrinin sədrlərinin iştirakı ilə müşavirə keçirilmişdir.

    Davamı ...