Azərbaycan Respublikası Ali Məhkəməsi


Vətəndaşların nəzərinə

  • Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq oktyabrın 18-də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının sədri Hikmət Mirzəyev Masallıda vətəndaşları qəbul edəcək.

    Davamı ...

Hərbiçilərin nəzərinə

  • "1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.12.2014-cü il tarixli 399 №-li qərarını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsində yaradılan Komissiyanın məlumatı

    Davamı ...

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının sədri bölgələrdə vətəndaşları qəbul edib

  • Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıq və tövsiyələri daim diqqət mərkəzində saxlanılır.

    Davamı ...

Vətəndaşların nəzərinə

  • Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq sentyabrın 27-də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının sədri Hikmət Mirzəyev Tovuzda vətəndaşları qəbul edəcək.

    Davamı ...

Ali Məhkəmənin sədri Lənkəranda vətəndaşları qəbul edib

  • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıq və tövsiyələri Ali Məhkəmə tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə ədalətli  baxılması  üçün müvafiq tədbirlər görülür.

    Davamı ...

Ali Məhkəməsində ABŞ Dövlət Departamentinin İnsan Alverinin Monitorinqi və Mübarizəsi üzrə Ofisinin əməkdaşı cənab Atsuki Takahaşi, ABŞ səfirinin Siyasi İşlər üzrə Müşaviri cənab Vilyam Solley və siyasi işlər üzrə köməkçisi xanım Nigar Hüseynova ilə görüş

  • 19.09.2019-cu il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsində ABŞ Dövlət Departamentinin İnsan Alverinin Monitorinqi və Mübarizəsi üzrə Ofisinin əməkdaşı cənab Atsuki Takahaşi, ABŞ səfirinin Siyasi İşlər üzrə Müşaviri cənab Vilyam Solley və siyasi işlər üzrə köməkçisi xanım Nigar Hüseynova ilə görüş olmuşdur. 

    Davamı ...

Ali Məhkəmə AzPolitika saytında dərc olunmuş “Hakimin mənə göndərdiyi təklifdən şoka düşdüm...” məqaləsi ilə bağlı aydınlıq gətirdi.

  • AzPolitika saytında “Hakimin mənə göndərdiyi təklifdən şoka düşdüm...”- Həkim-cərrahdan Prezidentə müraciət” sərlövhəli yazı dərc olunmuşdur. Yazıda İskəndərov Qafar Bədəlxan oğlunun “Regal” MTK-ya və qızı Fəridə İsgəndərovaya qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə məhkəmə baxışından bəhs edilir. 

    Davamı ...

HakimTatyana Qoldmanın Britaniya Yəhudilər Şurasının nümayəndələri ilə görüşü

  • 18 sentyabr 2019-cu il Ali məhkəmədə Britaniya Yəhudilər Şurasının nümayəndələri ilə Ali Məhkəmənin hakimi xanım Tatyana Qoldman arasında  görüş baş tutmuşdu. Görüşdə böyük vitse-prezident və beynəlxalq əlaqələr şöbəsinin müdiri xanım Şeyla Qevolb, onun həyat yoldaşı cənab Rocer Joil Qevolb, beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Marius Vişof, həmçinin Vestminster Bələdiyyəsinin nümayəndəsi cənab Murad Həsənli iştirak etmişdi.

    Davamı ...

Vətəndaşların nəzərinə

  • Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq sentyabrın 20-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Lənkəranda vətəndaşları qəbul edəcək.

    Davamı ...

Ali Məhkəmənin sədri Fransada səfərdə olmuşdur

  • Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti 12-13 sentyabr 2019-cu ildə  Parisdə  keçirilən Avropa Şurasına üzv dövlətlərin Ali Məhkəmə sədrlərinin konfransında iştirak etmişdir. 

    Davamı ...