Azərbaycan Respublikası Ali Məhkəməsi


Azərbaycan Respublikası Ali Məhkəməsinin MƏLUMATI

  • Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının qəbul edilməsi ilə ölkəmizdə məhkəmə-hüquq islahatlarının yeni mərhələsi başlanılmışdır. Fərmanın məqsədi müasir dövrün tələblərinə cavab verən cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesinin sürətləndirilməsidir. Nəzərdə tutulan məqsədə nail olunması üçün vətəndaşların məhkəməyə müraciət etmək imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının səmərəliliyinin yüksəldilməsi, hüquqi məsələlərin həllinə yanaşmalarda sabitliyin təmin olunması, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması, məhkəmə qərarlarının tam və vaxtında icrasının təmin olunması üçün görülən tədbirlərin gücləndirilməsi kimi vəzifələr müəyyən edilmişdir. Bu məqsədlərə nail olmaq üçün qanunvericilik və praktik sahələrdə geniş həcmli tədbirlər həyata keçirilmişdir.

    Davamı ...

Azərbaycan Respublikası Ali Məhkəməsinin MƏLUMATI

  • Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanında qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə ötən dövr ərzində müvafiq tədbirlər həyata keçirilmiş, o cümlədən qanunvericilikdə məhkəmə icraatının həyata keçirilməsi qaydalarının daha da təkmilləşdirilməsinə yönəlmiş geniş həcmli əlavə və dəyişikliklər edilmişdir.

    Davamı ...

Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin MƏLUMATI

  •  Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 15 may 2020-ci il tarixli Qərarını nəzərə alaraq Azərbaycan Respublikasının məhkəmələrinə işlərə baxılması ilə bağlı aşağıdakılar tövsiyə edilsin:

    Davamı ...

Ulu öndərin anadan olmasının 97-cı ildönümü ilə əlaqədar Ali Məhkəmədə yığıncaq keçirilmişdir

  •      8 may 2020-ci ildə Ali Məhkəmədə Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-cı ildönümü ilə əlaqədar yığıncaq keçirilmişdir.

         Tədbirdə Ali Məhkəmənin sədri Ramiz Rzayev Ulu öndərin həyat və fəaliyyəti ilə bağlı çıxış etmişdir. Ali Məhkəmənin sədri böyük şəxsiyyət  Heydər Əliyevin dahiliyinin  hamılıqla qəbul olunduğunu qeyd etmiş, böyük siyasət aləmində, dövlətimizin taleyüklü məsələlərinin çözülməsində həlledici söz deyən ulu öndərin şərəfli ömrünün  xalqımızın  taleyi ilə bağlılığını və müstəqil Azərbaycanın memarı olduğunu nəzərə çatdırmışdır.

    Davamı ...

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 07.05.2020

  •          2020-ci il mayın 7-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu olmuşdur.

             Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsi məhkəmə kollegiyalarının və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin yenidən təşkili  ilə əlaqədar məsələ müzakirə olunmuş və qərar qəbul edilmişdir.

    Davamı ...

Koronavirus (COVİD19) xəstəliyinin yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının xüsusi rejimdə iş üzrə Təlimatının tələblərini nəzərə alaraq Qeyri-iş günlərinin uzadılması ilə əlaqədar 2020-ci ilin mayın 04-dən mayın 16-dək tarixlərdə saat 9:00-dan 18:00-dək Azərbaycan Respublikasının Ali Məhkəməsində aşağıdakı qaydada məsul növbətçilik cədvəli

  • Koronavirus (COVİD19) xəstəliyinin yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının xüsusi rejimdə iş üzrə Təlimatının tələblərini nəzərə alaraq Qeyri-iş günlərinin uzadılması ilə əlaqədar 2020-ci ilin mayın 04-dən mayın 16-dək tarixlərdə saat 9:00-dan 18:00-dək Azərbaycan Respublikasının Ali Məhkəməsində aşağıdakı qaydada məsul növbətçilik cədvəli

    Davamı ...

Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin məlumatı

  • Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin məlumatı

    Davamı ...

INFORMATION of the Press Service of the Supreme Court of the Republic of Azerbaijan

  •     The Plenum of the Supreme Court of the Republic of Azerbaijan chaired by Ramiz Rzayev was held on April 23, 2020.

        The Chairman of the Supreme Court said, opening the Plenary session that death cases have been reduced to a minimum as a result of preventive measures taken in order to prevent the spread of coronavirus (COVID-19) infection in our country under the leadership of the President of the Republic of Azerbaijan Ilham Aliyev. Borders were closed, a special quarantine regime was created, a special hospital was built within internal resources, necessary disinfection works were carried out, the production of masks, alcohol and other means against antivirus was started timely. People have been mobilized to fight against pandemic and involved in the campaign "Stay at home". Mass media periodically informs and enlighten the public about the pandemic. The state contributes to low-income families. If necessary, citizens are provided with permission via SMS. All of these urgent measures are highly appreciated by the World Health Organization and prove the establishment of the Azerbaijani model in the fight against pandemic on the international scale. Of course, our selfless doctors, police and journalists have played an important role in all of these works. It has been noted that the special quarantine regime was planned to be mitigated gradually in the republic and therefore the quarantine regime would be extended until May 4. 

    Davamı ...

Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Q Ə R A R I

  • Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Q Ə R A R I

    Davamı ...

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mətbuat Xidmətinin MƏLUMATI

  • 23 aprel 2020-ci ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin  Plenumu  keçirilmişdir.

    Davamı ...