Azərbaycan Respublikası Ali Məhkəməsi


Vətəndaşların nəzərinə

Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ali Məhkəmənin sədri ilə görüşmüşdür

  • 2019-cu il mayın 14-də Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tong Op Kim Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

    Davamı ...

Ulu öndərin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Ali Məhkəmədə yığıncaq keçirilmişdir

  • 8 may 2019-ci ildə Ali Məhkəmədə Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar yığıncaq keçirilmişdir.

    Davamı ...

Ali Məhkəmədə könüllülərin qeydiyyatı aparılır

  • May ayının 6-dan Azərbaycan Respublikası Ali Məhkəməsində könüllülük fəaliyyəti göstərmək istəyən gənclərin yeni qeydiyyatı  başlandı.

    Könüllülər Proqramına yaşı 18-dən 26-dək olan əsasən hüquq fakültələrində oxuyan və hüquq sahəsində işləyən şəxslərin cəlb edilməsi nəzərdə tutulmuşdur.

    Davamı ...

Ali Məhkəmənin sədri Ramiz Rzayev Avropa Şurası (AŞ) katibliyinin Siyasi məsələlər direktoratlığının rəhbəri Aleksandr Qesselin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

  • 2019-cu il mayın 6-da Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycanın Avropa Şurasına (AŞ) üzv qəbul olunduqdan sonra üzərinə götürdüyü öhdəliklərin icrası vəziyyətini öyrənmək məqsədilə ölkəmizdə səfərdə olan AŞ katibliyinin Siyasi məsələlər direktorlığının rəhbəri Aleksandr Qesselin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

    Davamı ...

Avropa İnsan Hüquqları Konvensiyanın 8-ci maddəsi ilə qorunan şəxsi həyata hörmət və ailə hüququnun aspektlərinin və müxtəlif kateqoriyalı işlər üzrə uşağın üstün maraqlarının nəzərə alınmasına dair seminar

  • 27 aprel 2019-cu il tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsində Avropa İnsan Hüquqları Konvensiyanın 8-ci maddəsi ilə qorunan şəxsi həyata hörmət və ailə hüququnun aspektlərinin və müxtəlif kateqoriyalı işlər üzrə uşağın üstün maraqlarının nəzərə alınmasına dair Avropa Məhkəməsinin təcrübəsinin milli məhkəmələr tərəfindən səmərəli tətbiq edilməsi məqsədi ilə seminar keçirilmişdir.

    Davamı ...

Ali Məhkəmənin sədri Sumqayıtda vətəndaşları qəbul etmişdir

  •            Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin  insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq 18 aprel 2019-cu ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Sumqayıt şəhərində vətəndaşların qəbulunu keçirmişdir.

    Davamı ...

Ali Məhkəmədə Mətbuat konfransı keçirilmişdir

  • 17 aprel 2019-cu ildə Ali Məhkəmədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanının icrası və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2018-ci ildə fəaliyyətinin yekunları ilə əlaqədar Mətbuat konfransı keçirilmişdir. Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək bu Fərmanın əhəmiyyətindən danışmışdır.

    Davamı ...

Ali Məhkəməsinin Plenumu 12.04.2019

  • 12 aprel 2019-cu ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir.

    Davamı ...

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev 18 aprel 2019-cu ildə Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək

  • Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev tərəfindən aprelin 18-də Sumqayıt şəhərində vətəndaşların qəbulu keçiriləcəkdir.

    Vətəndaşların qəbulu Sumqayıt Apellyasiya Məhkəməsində (ünvan: Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120) saat 10:00 başlanacaq. Qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

    Davamı ...