


2020-ci il sentyabrın 18-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilmişdir.
Davamı ...
Azərbaycan Respublikası Ali Məhkəməsi fəaliyyətinin səmərəliliyinin artırılması, Ali Məhkəmədə informasiya texnologiyalarının daha geniş tətbiq edilməsi, bu sahədə strateji inkişafın təmin olunması, “Elektron Məhkəmə” İnformasiya Sisteminin tətbiqinin təkmilləşdirilməsi, vətəndaşların məhkəməyə müraciət imkanlarının genişləndirilməsi və məmnunluğunun yüksəldilməsi, şəffaflıq və operativliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayevin 2020-ci il 14 sentyabr tarixli əmri ilə Ali Məhkəmənin kollegiya sədrləri və struktur bölmə rəhbərlərindən ibarət işçi qrupu yaradılmışdır.
İşçi qrupunun işinə rəhbərlik Azərbaycan Respublikasının Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərova həvalə edilib.
Davamı ...
Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və Azərbaycan Respublikasının ərazisində karantin rejiminin yumşaldılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını nəzərə alaraq məhkəmələrə aşağıdakılar tövsiyə edilsin...
Davamı ...
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Qərardadı
Azərbaycan Respublikasında yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 04 avqust tarixli 278 nömrəli Qərarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli 6 nömrəli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq, 2020-ci il 05 avqust saat 06:00-dan 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinin və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarının inzibati ərazisində fəaliyyət göstərən məhkəmələrə işlərə baxılması ilə bağlı aşağıdakılar tövsiyə edilsin:
Davamı ...
2020-ci il iyulun 3-də “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” layihəsinin icrası ilə əlaqədar “Məhkəmə orqanları üçün kommunikasiya strategiyası” üzrə müvafiq CEPEJ alətlərinin müzakirəsinə həsr olunmuş video-görüş keçirilmişdir.
Davamı ...
“İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarı, habelə işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı Qərarda istinad edilən meyarlar üzrə yoxlanılma ardıcıllığınının izahını əks etdirən cədvəl ...
Davamı ...